- Transfer
- 00:50 31.07.2026
"Real" klubu "Levante"nin hücumçusu Karlos Espini heyətinə qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu transfer klub tarixində akademiyanın yetirməsi olan futbolçunun ən böyük məbləğə satışı kimi qeydə alınıb. Espi Madrid təmsilçisi ilə 2031-ci il iyunun 30-na qədər qüvvədə olacaq müqavilə imzalayıb.
"Real" 21 yaşlı forvardın transferi üçün müqaviləsindəki satınalma şərtini aktivləşdirib və 25 milyon avro ödəyib.
Karlos Espi ötən mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 13 qol vurub. Onun "Levante" ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.