- Transfer
- 00:50 31.07.2026
"Bavariya" klubu "Ştutqart"ın mərkəz müdafiəçisi Finn Yelçi diqqət mərkəzində saxlayır.
90deqiqe.Az-ın “Bayern & Germany”ə istinadən məlumatına görə, Münhen təmsilçisi 20 yaşlı futbolçunun inkişafını izləyir, lakin cari transfer pəncərəsində onunla müqavilə imzalama ehtimalı azdır.
Bildirilir ki, "Bavariya" rəhbərliyi hazırda müdafiənin mərkəzini gücləndirməyi təcili ehtiyac kimi görmür. Bununla belə, komandanın hazırkı mərkəz müdafiəçilərindən hər hansı biri klubdan ayrılsa, Finn Yelç gələcəkdə "Bavariya"nın transfer hədəfinə çevrilə bilər.
"Ştutqart"la müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədə olan gənc müdafiəçinin bazar dəyəri "Transfermarkt" portalının məlumatına görə 35 milyon avro təşkil edir.