- Transfer
- 23:15 31.07.2026
İtaliyanın "Fiorentina" klubu İspaniyanın "Real Madrid" akademiyasının yetirməsi olan müdafiəçi Viktor Valdepenyası heyətinə qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Florensiya təmsilçisi 19 yaşlı futbolçunun transfer hüquqlarını daimi əsaslarla əldə edib.
2006-cı il oktyabrın 20-də Madriddə anadan olan Valdepenyas futbol karyerasına "Real Madrid"in akademiyasında başlayıb. Gənc müdafiəçi ötən mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib və 8 sarı vərəqə alıb. O, bu görüşlərdən birində "Real Madrid"in əsas komandasında forma geyinib.
Bundan başqa, Valdepenyas "Real Madrid"lə birlikdə UEFA Gənclər Liqasının qalibi olub.
İspaniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edən müdafiəçi 5 oyun keçirib.
Transfermarkt portalının məlumatına görə, "Fiorentina" bu transfer üçün 8 milyon avro ödəyib.