31 iyul 2026. Cümə

"Napoli" Lukaku ilə yollarını ayırmağa hazırlaşır


  • Transfer
  • 23:01 31.07.2026
  • Oxunma sayı: 52
"Napoli" Lukaku ilə yollarını ayırmağa hazırlaşır

İtaliyanın "Napoli" klubunun hücumçusu Romelu Lukaku bu yay komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Neapol təmsilçisinin yeni baş məşqçisi Massimiliano Alleqri belçikalı futbolçunu əsas heyətin dəyişməz üzvü kimi görmür. Təcrübəli mütəxəssisin hücum xəttində əsas seçim kimi Rasmus Hoylundu nəzərdə tutduğu bildirilir.

Mənbənin məlumatına əsasən, Lukaku isə ikinci hücumçu rolunda çıxış etməyə razı deyil. Bu səbəbdən 33 yaşlı forvardın gələn həftə Allegri ilə gələcəyi barədə həlledici görüş keçirəcəyi gözlənilir.

Xəbərdə qeyd olunur ki, klub prezidenti Aurelio De Laurentis son mövsümlərdəki yüksək transfer xərclərindən sonra maliyyə balansını bərpa etmək niyyətindədir. Bu məqsədlə rəhbərlik Lukakudan maaşında endirim etməsini istəyəcək. Lakin futbolçunun daha əvvəl belə bir təklifi qəbul etməyəcəyini bildirdiyi vurğulanır.

Mənbə iddia edir ki, tərəflər arasında ayrılıq ehtimalı getdikcə artır. Hazırda "Napoli" rəhbərliyi və futbolçunun meneceri həm klubun, həm də oyunçunun maraqlarına uyğun həll yolu üzərində çalışırlar.

Bildirilir ki, İtaliya çempionu Lukakunun transferi üçün 10-12 milyon avro məbləğində təklifləri dəyərləndirməyə hazırdır.







Transfer