- Transfer
- 23:15 31.07.2026
İngiltərənin "Fulhem" klubu "Real"ın cinah hücumçusu Franko Mastantuononu heyətinə qatmaq istəyir.
90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, London təmsilçisinin baş məşqçisi Alvaro Arbeloa "Real Madrid"də birgə çalışdığı argentinalı futbolçunun transferi üçün klub rəhbərliyinə müraciət edib. İspaniyalı mütəxəssis sabiq yetirməsini komandasında görmək istəyir.
Mənbənin iddiasına əsasən, 19 yaşlı vingerə İtaliya A Seriyasının "Napoli", "Milan" və "Fiorentina" klubları da maraq göstərir.
Xatırladaq ki, Franko Mastantuono 2025-ci ilin yayından "Real Madrid"in formasını geyinir. O, kral klubunun heyətində keçirdiyi 35 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan əvvəl İspaniya mətbuatı argentinalı futbolçunun daha çox oyun praktikası qazanması üçün icarəyə göndərilə biləcəyini yazmışdı.