31 iyul 2026. Cümə

"Barselona" belçikalı gənc vingeri transfer etdi


  • Transfer
  • 23:15 31.07.2026
  • Oxunma sayı: 34
"Barselona" belçikalı gənc vingeri transfer etdi

İspaniyanın "Barselona" klubu Belçikanın "Brügge" komandasında çıxış edən gənc vinger Yesse Bisivunu heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı futbolçu ilə 30 iyun 2031-ci ilədək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.

Klubun rəsmi açıqlamasında qeyd olunur ki, Bisivu yüksək sürəti, fiziki gücü və uğurlu driblinq bacarığı ilə seçilən futbolçudur.

Belçikalı vinger ilk dəfə 2025-ci ildə keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında geniş diqqət çəkib. O, Belçika millisinin yarımfinala yüksəlməsində mühüm rol oynayıb və turnirin rəmzi komandasına daxil edilib.

Bisivu ötən mövsüm "Brügge"nin ehtiyat komandasında Belçikanın ikinci liqasında 15 oyunda meydana çıxıb. O, həmçinin UEFA Gənclər Liqasında keçirdiyi 8 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer