1 avqust 2026. Şənbə

Joau Kanselu yenidən "Barselona"da


  • Transfer
  • 15:33 01.08.2026
  • Oxunma sayı: 39
Joau Kanselu yenidən "Barselona"da

Portuqaliyalı cinah müdafiəçisi Joau Kanselu karyerasını yenidən "Barselona"da davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu 32 yaşlı futbolçunun transferinə razılıq verib. Hazırda tərəflər "Barselona" ilə danışıqların yekunlaşmasını gözləyirlər.

Məlumata əsasən, Kanselunun transferi Kataloniya klubuna təxminən 10 milyon avroya başa gələcək.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında "Barselona"da keçirib. O, "blauqrana"nın heyətində meydana çıxdığı 65 oyunda 6 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

"Barselona" yeni La Liqa mövsümünə avqustun 23-də start verəcək. Komanda ilk turda səfərdə "Elçe" ilə qarşılaşacaq.







Transfer