1 avqust 2026. Şənbə

"Napoli" Noa Lanqla yollarını ayırmağa hazırdır


  • Transfer
  • 15:35 01.08.2026
  • Oxunma sayı: 52
"Napoli" Noa Lanqla yollarını ayırmağa hazırdır

İtaliyanın "Napoli" klubu niderlandlı cinah hücumçusu Noa Lanqla yaxın həftələrdə yollarını ayıra bilər.

90deqiqe.Az-ın “vi.nl”ə istinadən məlumatına görə, Neapol təmsilçisi 27 yaşlı futbolçunu digər klublara fəal şəkildə təklif edir.

Qeyd olunur ki, "Napoli" ötən il Niderland millisinin üzvünü PSV-dən təxminən 28 milyon avroya transfer etmişdi. Lakin Lanq komandanın əsas heyətində möhkəmlənə bilməyib. Baş məşqçi Antonio Kontenin rəhbərliyi altında gözləntiləri doğrultmayan futbolçu daha sonra icarə əsasında "Qalatasaray"a göndərilib.

Mənbənin məlumatına görə, "Napoli" Lanqı müəyyən şərtlərin yerinə yetirilməsi halında məcburi satınalma bəndi ilə icarəyə verməyə hazırdır. Bununla yanaşı, futbolçunun təxminən 25 milyon avro qarşılığında birdəfəlik transferinin də mümkün olduğu bildirilir.







Transfer