- Transfer
- 15:55 01.08.2026
Türkiyənin "Trabzonspor" klubu misirli hücumçu Məhəmməd Salahın nümayəndəsi ilə danışıqlara başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Yağız Sabuncuoğlu sosial media hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Qara dəniz təmsilçisi 34 yaşlı futbolçuya rəsmi təklif təqdim edib. Təklifə əsasən, Salahın illik maaşı 17 milyon avro olacaq, müqavilənin müddəti isə iki mövsüm nəzərdə tutulur.
Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"la müqaviləsinin başa çatmasından sonra azad agent statusu alıb.
Transfermarkt portalının məlumatına görə, hazırda bazar dəyəri 22 milyon avro qiymətləndirilən təcrübəli hücumçu ötən mövsüm keçirdiyi 41 oyunda 12 qola imza atıb və 10 məhsuldar ötürmə ilə yadda qalıb.