1 avqust 2026. Şənbə

"Fulhem" "Real Madrid"in daha bir gənc futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 15:47 01.08.2026
  • Oxunma sayı: 39
"Fulhem" "Real Madrid"in daha bir gənc futbolçusunu transfer etmək istəyir

İngiltərənin "Fulhem" klubu "Real Madrid"in daha bir gənc futbolçusunu heyətinə qatmağa hazırlaşır.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, London təmsilçisi bu dəfə Madrid klubunun 18 yaşlı yarımmüdafiəçisi Tyaqo Pitarçı transfer etmək istəyir.

Xatırladaq ki, son günlər İspaniya mətbuatında "Fulhem"in "Real Madrid"in hücumçusu Qonsalo Qarsiya və hücumameyilli yarımmüdafiəçisi Sezar Palasiosun transferinə də yaxın olduğu barədə xəbərlər yayılmışdı.

Mənbənin məlumatına əsasən, Pitarç özü də "Fulhem"ə keçməyə müsbət yanaşır. Gənc futbolçu burada vaxtilə "Real Madrid" akademiyasında onunla çalışan baş məşqçi Alvaro Arbeloa ilə yenidən bir araya gəlmək niyyətindədir. Məhz Arbeloanın rəhbərliyi altında Pitarç 2025/2026 mövsümünün ikinci yarısında müntəzəm oyun praktikası qazanıb.

Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Tyaqo Pitarçın hazırkı bazar dəyəri 20 milyon avrodur.







Transfer