1 avqust 2026. Şənbə

"Arsenal"ın əsas transfer hədəfi Vinisiusdur


  • Transfer
  • 15:50 01.08.2026
  • Oxunma sayı: 50
"Arsenal"ın əsas transfer hədəfi Vinisiusdur

"Real Madrid"in hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı müzakirələr davam edir.

90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, "Arsenal" 26 yaşlı braziliyalını yay transfer dövründə hücum xəttini gücləndirmək üçün əsas hədəf hesab edir.

Mənbənin iddiasına əsasən, Vinisius "Real Madrid"lə yeni müqavilə imzalaya bilməyəcəyi təqdirdə, London klubuna keçid variantına müsbət yanaşır. "Emireyts" stadionuna mümkün transfer futbolçunu cəlb edən seçimlərdən biri kimi qiymətləndirilir.

Nəşrə danışan və "Arsenal"ın baş məşqçisi Mikel Artetanın mövqeyi ilə tanış olan mənbə bildirib:

"Arteta onu çox bəyənir. Əgər Vinisius "Real Madrid"lə müqaviləsini uzatmasa, biz onu transfer etmək üçün hazır olacağıq".

Bildirilib ki, Vinisiusla "Real Madrid" arasında yeni müqavilənin maliyyə şərtləri ilə bağlı hələ də ciddi fikir ayrılıqları qalır. Tərəflərin danışıqları gələn həftə davam etdirəcəyi gözlənilir.







Transfer