1 avqust 2026. Şənbə

"Real Madrid" Vinisiusun satışı variantını nəzərdən keçirir


  • Transfer
  • 15:55 01.08.2026
  • Oxunma sayı: 58
"Real Madrid" Vinisiusun satışı variantını nəzərdən keçirir

"Real Madrid"in hücumçusu Vinisius Junior yaxın gələcəkdə klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, braziliyalı ulduzun vəziyyətini ən yaxından izləyən klublardan biri İngiltərənin "Arsenal"ıdır. London təmsilçisinin baş məşqçisi Mikel Arteta 26 yaşlı futbolçunu komandasında görmək istəyir.

Mənbənin iddiasına əsasən, "Real Madrid" rəhbərliyi Vinisiusun bir ildən sonra azad agent kimi komandadan ayrılmaq ehtimalından narahatdır. Klubdakı bəzi əsas qərarverici şəxslər hesab edirlər ki, futbolçunu gələn yay ödənişsiz itirməkdənsə, onu bu transfer pəncərəsində satmaq daha məqsədəuyğun olar.

Bildirilir ki, Vinisiusun gələcəyi ilə bağlı yekun qərarı "Real Madrid"in prezidenti Florentino Peres verəcək.

Qeyd edək ki, Transfermarkt portalı Vinisius Juniorun hazırkı bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.







Transfer