- Transfer
- 17:31 01.08.2026
İngiltərənin "Çelsi" klubu hücumçusu Joao Pedro ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, London təmsilçisinin rəhbərliyi 24 yaşlı braziliyalı futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır. Tərəflər arasında hazırkı müqavilə 2033-cü ilin yayına qədər qüvvədədir.
Joao Pedro 2025-ci ilin iyulunda "Brayton"dan "Çelsi"yə transfer olunub. O vaxtdan bəri "zadəganlar"ın heyətində keçirdiyi 53 rəsmi oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına görə, braziliyalı hücumçunun hazırkı bazar dəyəri 80 milyon avro təşkil edir.
Xatırladaq ki, Joao Pedro daha əvvəl "Uotford" və "Fluminense" klublarının da formasını geyinib. O, Braziliya milli komandasının heyətində indiyədək 8 oyuna çıxıb.