- Transfer
- 17:31 01.08.2026
Türkiyənin "Qalatasaray" klubu Moskvanın "Lokomotiv" komandasının yarımmüdafiəçisi Aleksey Batrakovun transferi istiqamətində rəsmi addım atıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Yağız Sabuncuoğlunun "X" sosial şəbəkəsində paylaşıb.
O İstanbul təmsilçisinin 20 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə razılıq əldə etdiyini və "Lokomotiv"ə rəsmi maraq məktubu göndərdiyini qeyd edib. Bununla da klublar arasında rəsmi danışıqlar başlayıb.
Tərəflər arasında aparılan danışıqlar müsbət məcrada davam etsə də, hələlik ciddi irəliləyiş qeydə alınmayıb.
Qeyd edək ki, Aleksey Batrakov "Lokomotiv"in yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 36 oyunda 17 qol vurub, 12 məhsuldar ötürmə ilə komandasının ən önəmli oyunçularından biri olub.
Futbolçunun "Lokomotiv"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Batrakovun hazırkı bazar dəyəri 28 milyon avro təşkil edir.