- Transfer
- 20:09 01.08.2026
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Quimareş "Arsenal"a keçməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, braziliyalı futbolçunun transfer məbləği 80 milyon avro təşkil edəcək.
Daha əvvəl mətbuatda tərəflər arasında razılaşmanın 100 milyon avroya yaxın ola biləcəyi barədə məlumatlar yayılmışdı. Ehtimal olunur ki, "Nyukasl" və "Arsenal" arasındakı müqaviləyə əlavə bonus şərtləri də daxil ediləcək.
28 yaşlı Bruno Quimareş 2022-ci ildən "Nyukasl"ın heyətində çıxış edir. O, İngiltərə klubunda keçirdiyi 195 rəsmi matçda 31 qol vurub və komanda yoldaşlarına 32 məhsuldar ötürmə edib.
Qeyd edək ki, daha əvvəl mətbuatda Quimareşin "Arsenal"a keçmək istədiyi barədə məlumatlar yayılmışdı.