- Transfer
- 20:09 01.08.2026
"Jirona"nın yarımmüdafiəçisi Azzedin Unahi "Barselona"nın maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Bildirilib ki, Kataloniya klubu uzun müddətə sıradan çıxan Frenki de Yonqun zədəsindən sonra heyəti gücləndirmək üçün mərakeşli futbolçunun namizədliyini nəzərdən keçirir.
Mənbənin məlumatına görə, Unai ilə bir neçə klub maraqlanır. Lakin 26 yaşlı futbolçu karyerasını hansı komandada davam etdirəcəyinə hələ qərar verməyib.
Qeyd edək ki, Azzedin Unai 2025-ci ilin avqustundan "Jirona"nın formasını geyinir. O, komandanın heyətində ümumilikdə 24 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mərakeşli yarımmüdafiəçinin "Jirona" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Onun hazırkı bazar dəyəri Transfermarkt portalının qiymətləndirməsinə əsasən 18 milyon avrodur.