- Transfer
- 22:43 01.08.2026
Ötən mövsümü icarə əsasında "Beşiktaş"da keçirən mali əsilli hücumçu El Bilal Ture karyerasını İtaliyada davam etdirməyə yaxındır.
90deqiqe.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, transfer hüquqları "Atalanta"ya məxsus olan 24 yaşlı futbolçu ilə "Parma" ciddi maraqlanır. Tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və transferin rəsmiləşməsi an məsələsidir.
Məlumatda həmçinin bildirilir ki, El Bilal Ture "Atalanta"nın bu gün Niderlandın "Feyenoord" klubuna qarşı keçirdiyi yoldaşlıq oyununun iştirak ərizəsinə daxil edilməyib. Bu da futbolçunun ayrılığa yaxın olduğu barədə iddiaları gücləndirib.
Malili futbolçu ötən mövsüm "Beşiktaş"ın heyətində bütün turnirlər daxil olmaqla 26 oyunda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
El Bilal Turenin "Atalanta" ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun hazırkı bazar dəyəri 13 milyon avro təşkil edir.