1 avqust 2026. Şənbə

"Bornmut" Antonio Silvanı transfer etdi


  • Transfer
  • 22:41 01.08.2026
  • Oxunma sayı: 54
"Bornmut" Antonio Silvanı transfer etdi

İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" Portuqaliya millisinin müdafiəçisi Antonio Silvanı heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi Portuqaliyanın "Benfika" klubundan transfer olunub.

Transferin sabit məbləği 25 milyon avro təşkil edir. Müqavilədə əlavə olaraq 5 milyon avro məbləğində bonusların da nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, Antonio Silva peşəkar karyerası ərzində ilk dəfə Portuqaliya xaricində çıxış edəcək. "Bornmut" onun legioner kimi ilk klubu olacaq.

"Benfika" akademiyasının yetirməsi olan müdafiəçi 2022-ci ilin yayından etibarən Lissabon klubunun əsas komandasında çıxış edirdi. Daha əvvəl İtaliyanın "Milan" klubunun da futbolçu ilə maraqlandığı barədə məlumatlar yayılmışdı.







Transfer