1 avqust 2026. Şənbə

"Brentford" klub tarixinin ən bahalı transferini reallaşdırdı


  • Transfer
  • 22:43 01.08.2026
  • Oxunma sayı: 37
"Brentford" klub tarixinin ən bahalı transferini reallaşdırdı

İngiltərənin "Brentford" klubu Mali millisinin yarımmüdafiəçisi Mamadu Sanqarenin transferini rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,  24 yaşlı futbolçu Fransanın "Lans" klubundan transfer olunub. Sanqare "Brentford"la beş illik müqavilə imzalayıb. Razılaşmaya daha bir il uzadılma bəndi də daxil edilib.

Avropa mətbuatının məlumatına əsasən, transferin dəyəri 48 milyon avro təşkil edib. Bu göstərici "Brentford" tarixinin ən bahalı transferi kimi qeydə alınıb.

Komandanın baş məşqçisi Kit Endryus yeni transferdən məmnunluğunu gizlətməyib.

"Biz uzun müddətdir Mamadunu izləyirdik. O, diqqət mərkəzimizdə olan futbolçulardan biri idi və onu komandamıza cəlb etməyi çox istəyirdik", – deyə klubun rəsmi saytı baş məşqçinin sözlərini sitat gətirib.

Qeyd edək ki, Mamadu Sanqare 2025/2026 mövsümündə Fransa Liqa 1-in rəmzi komandasına daxil edilib.

Bununla da Sanqare ötən yay "Bornmut"dan 42,8 milyon avroya transfer olunan Danqo Uattaranı geridə qoyaraq "Brentford" tarixinin ən bahalı transferi olub.







Transfer