- Transfer
- 21:01 02.08.2026
Fransa çempionu PSJ hücumçusu Randal Kolo-Muaninin "Yuventus"a transferini rəsmən açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu yaxın vaxtlarda Turində tibbi müayinədən keçəcək. Bundan sonra o, Turin təmsilçisinin yeni transferi kimi ictimaiyyətə təqdim ediləcək.
Məlumata görə, "Yuventus" bu transfer üçün PSJ-yə 38 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, əlavə 12 milyon avro məbləğində bonus ödənişləri də nəzərdə tutulub.
Kolo Muani 2023-cü ildə Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan 95 milyon avro qarşılığında PSJ-yə transfer olunmuşdu.
Fransalı hücumçu Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla 54 oyunda meydana çıxıb, 11 qola imza atıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.