- Transfer
- 21:01 02.08.2026
İngiltərənin "Mançester Siti" klubunun hücumameyilli yarımmüdafiəçisi Cek Qriliş Madrid "Atletiko"sunun maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın “The Sun"a istinadən məlumatına görə, La Liqa təmsilçisi 30 yaşlı futbolçunun transfer imkanlarını dəyərləndirir. Ötən mövsümü icarə əsasında "Everton"da keçirən ingiltərəli oyunçu hazırda yenidən "Mançester Siti"nin düşərgəsinə qayıdıb.
Bununla yanaşı, "Atletiko"nun Qriliş uğrunda mübarizədə tək olmayacağı bildirilir. Premyer Liqanın bir neçə klubu da futbolçu ilə maraqlanır. Həmçinin Səudiyyə Ərəbistanından da təcrübəli yarımmüdafiəçiyə ciddi maraq var.
"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, Cek Qrilişin bazar dəyəri 20 milyon avrodur.
30 yaşlı futbolçu ötən mövsüm "Everton"un heyətində keçirdiyi 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.