2 avqust 2026. Bazar günü

PSJ yapon qapıçı üçün 33 milyon avroluq təklif göndərdi


  • Transfer
  • 20:34 02.08.2026
  • Oxunma sayı: 36
PSJ yapon qapıçı üçün 33 milyon avroluq təklif göndərdi

Fransa çempionu PSJ İtaliyanın "Parma" klubunun qapıçısı Dzion Sudzukinin transferi üçün rəsmi təklif irəli sürüb.

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisi yapon qolkiper üçün 33 milyon avro ödəməyə hazırdır. Bildirilir ki, PSJ futbolçu uğrunda mübarizədə önə keçib və rəsmi təklif göndərən ilk klub olub.

Qapıçı ilə maraqlanan "Yuventus" isə hələlik konkret addım atmayıb.

Məlumata görə, Dzion Sudzuki PSJ-də ötən mövsüm gözləntiləri doğrultmayan Luka Şevalyeni əvəz edə bilər. Fransa qapıçısı ötən yay "Lill"dən transfer olunduqdan sonra debüt mövsümünü uğursuz keçirib.

Dzion Sudzuki "Parma"nın heyətində bütün turnirlər daxil olmaqla 59 oyunda meydana çıxıb və qapısında ümumilikdə 83 qol görüb. Avqustun 21-də yapon qolkiperin 24 yaşı tamam olacaq.







Transfer