- Transfer
- 21:01 02.08.2026
İngiltərənin "Tottenhem" klubu "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etmək cəhdində uğursuzluqla üzləşib.
90deqiqe.Az-ın “Goal.com"a istinadən məlumatına görə, London təmsilçisi 27 yaşlı nigeriyalı forvard üçün 60 milyon avro təklif etsə də, "Qalatasaray" rəhbərliyi bu təklifi qəbul etməyib.
Bununla belə, Osimhenin İstanbul klubundakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, hücumçu yay transfer pəncərəsi bağlanana qədər komandanı tərk edə bilər.
Viktor Osimhenin "Qalatasaray"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, nigeriyalı futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.