2 avqust 2026. Bazar günü

"Roma" yunan müdafiəçini transfer etdi


  • Transfer
  • 20:39 02.08.2026
  • Oxunma sayı: 54
"Roma" yunan müdafiəçini transfer etdi

İtaliyanın "Roma" klubu Almaniyanın "Volfsburq" komandasında çıxış edən yunanıstanlı müdafiəçi Konstantinos Kulierakisin transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 22 yaşlı futbolçu ilə müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmasa da, İtaliya mətbuatının məlumatına əsasən, "Roma" bu keçid üçün "Volfsburq"a 15 milyon avro ödəyəcək.

Gənc stoper yeni komandasında 33 nömrəli forma ilə çıxış edəcək.

Konstantinos Kulierakis peşəkar karyerasına Yunanıstanın PAOK klubunda başlayıb. O, 2022-ci ildə əsas komandaya yüksəlib və iki il sonra "Volfsburq"a transfer olunub.

22 yaşlı müdafiəçi indiyədək karyerası ərzində 172 oyunda meydana çıxıb, 14 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer