2 avqust 2026. Bazar günü

"Bornmut" İspaniya millisinin müdafiəçisini transfer etməyə yaxındır


  • Transfer
  • 21:01 02.08.2026
  • Oxunma sayı: 37
"Bornmut" İspaniya millisinin müdafiəçisini transfer etməyə yaxındır

İngiltərənin "Bornmut" klubu "Sevilya"nın sağ cinah müdafiəçisi Xuanlunun transferini başa çatdırmağa yaxındır.

90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, tərəflər 22 yaşlı ispaniyalı futbolçunun keçidi ilə bağlı danışıqların son mərhələsindədir. Transferin ümumi dəyəri 11,1 milyon funt sterlinq təşkil edəcək.

Bu məbləğin 9,4 milyon funt sterlinqi dərhal "Sevilya"ya ödəniləcək, əlavə 1,7 milyon funt sterlinq isə bonuslar şəklində nəzərdə tutulub.

Gözlənilir ki, Xuanlu "Bornmut"la uzunmüddətli müqavilə imzalayacaq.

22 yaşlı müdafiəçi 2022-ci ilin yayından "Sevilya"nın əsas komandasında çıxış edir. O, bu müddətdə bütün turnirlər daxil olmaqla 109 oyunda meydana çıxıb, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

Futbolçunun İspaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Xuanlu İspaniya milli komandasının heyətində indiyədək 4 oyun keçirib.







Transfer