- Transfer
- 21:46 02.08.2026
İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Turin təmsilçisi hücumameyilli yarımmüdafiəçi Kərim Alaybegoviçin transferini rəsmiləşdirib.
Bosniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan beşillik müqavilə imzalanıb.
İtaliya mətbuatının məlumatına əsasən, "Bayer"dən "Yuventus"a keçidin dəyəri 32 milyon avro təşkil edib.
Kərim Alaybegoviç "Bayer" akademiyasının yetirməsi olsa da, Leverkuzen klubunun əsas komandasında debüt edə bilməyib. O, ötən mövsümü Avstriyanın "Red Bull Zalsburq" komandasında keçirib. Daha sonra "Bayer" futbolçunun transfer hüquqlarını geri alaraq onu "Yuventus"a satıb.
Qeyd edək ki, "Yuventus" 2026/2027 mövsümündə ilk oyununu avqustun 23-də səfərdə "Frozinone"yə qarşı keçirəcək.