2 avqust 2026. Bazar günü

"Fənərbağça" və "Beşiktaş"ın hədəfi olan Lukakuya ABŞ-dən təklif gəldi


  • Transfer
  • 21:21 02.08.2026
  • Oxunma sayı: 42
"Fənərbağça" və "Beşiktaş"ın hədəfi olan Lukakuya ABŞ-dən təklif gəldi

Transfer dövründə adı Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klubları ilə hallanan Romelu Lukaku karyerasını ABŞ-də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Saşa Tavolyer sosial şəbəkə hesabında məlumat yayıb.

O MLS təmsilçisi "Atlanta Yunayted"in belçikalı hücumçunun transferi üçün rəsmi təşəbbüsə başladığını qeyd edib.

Bildirilib ki, ABŞ klubu bu transferə xüsusi önəm verir və təcrübəli forvardı razı salmaq üçün futbolçunun nümayəndələri ilə danışıqları davam etdirir.

Mənbənin məlumatına əsasən, tərəflər arasında danışıqlar hələ ilkin mərhələdədir. Lakin yaxın günlərdə müzakirələrin intensivləşəcəyi və transferin taleyinə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, yay transfer pəncərəsində Romelu Lukakunun adı Türkiyənin aparıcı klubları olan "Fənərbağça" və "Beşiktaş"la da əlaqələndirilirdi.







Transfer