- Transfer
- 22:10 02.08.2026
İtaliyanın "Roma" klubu Madrid "Real"ının gənc hücumçusu Endriki transfer etmək ümidini itirməyib.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Roma təmsilçisi braziliyalı futbolçunu satınalma hüququ ilə icarəyə götürmək istəyir. Razılaşmaya həmçinin "Kral klubu"nun futbolçunu gələcəkdə ilk növbədə geri almaq hüququnun da daxil edilə biləcəyi bildirilir.
Mənbənin yazdığına əsasən, "Roma"nın idman direktoru Toni d'Amiko mümkün transferin reallaşma ehtimalını öyrənmək üçün Madridə yollanıb.
Hazırda "Real Madrid" Endriklə yollarını ayırmağı planlaşdırmır. Buna baxmayaraq, "canavarlar" ləqəbli Roma klubu 20 yaşlı hücumçunu əsas transfer hədəfi hesab edir və sonadək mübarizə aparmaq niyyətindədir.
Daha əvvəl yayılan xəbərlərə görə, Endrik də komandadan ayrılmaq istəmir. Gənc futbolçu yeni baş məşqçi Joze Mourinyunu öz oyunuyla inandırmağa çalışır.