2 avqust 2026. Bazar günü

"Barselona"nın futbolçusu Səudiyyə Ərəbistanı və Türkiyə klublarına "yox" dedi


  • Transfer
  • 21:36 02.08.2026
  • Oxunma sayı: 37
"Barselona"nın futbolçusu Səudiyyə Ərəbistanı və Türkiyə klublarına "yox" dedi

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado bu yay bir neçə klubdan aldığı transfer təklifini geri çevirib.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, 22 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təklifini qəbul etməyib. O, həmçinin Türkiyə çempionatını təmsil edən klubların marağını da rədd edib.

Bildirilir ki, Kasado yay transfer pəncərəsində "Barselona"dan ayrılacağı təqdirdə karyerasını Avropanın aparıcı çempionatlarından birində davam etdirmək niyyətindədir.

Mənbənin məlumatına görə, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçuya qarşıdakı mövsümdə müntəzəm oyun praktikası qazanmasının çətin olacağını bildirib.

22 yaşlı yarımmüdafiəçinin gələcəyi ilə bağlı qərarını avqust ayının sonunadək verməsi gözlənilir.







Transfer