2 avqust 2026. Bazar günü

"Tottenhem" Kodi Qakponun transferi üçün hərəkətə keçdi


  • Transfer
  • 21:46 02.08.2026
  • Oxunma sayı: 45
"Tottenhem" Kodi Qakponun transferi üçün hərəkətə keçdi

İngiltərənin "Tottenhem" klubu "Liverpul"un vingeri Kodi Qakponu transfer etmək istəyir.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, London təmsilçisi niderlandlı futbolçu və onun nümayəndələri ilə danışıqlar aparıb. Bildirilir ki, 27 yaşlı oyunçu müzakirələrdən sonra "Tottenhem"ə keçidə razılıq verib.

Bununla belə, transferin baş tutması asan görünmür. Çünki "Liverpul" rəhbərliyi futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.

"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, Kodi Qakponun bazar dəyəri 60 milyon avrodur. Onun "Liverpul"la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, ötən mövsüm "Liverpul" İngiltərə Premyer Liqasını 60 xalla beşinci pillədə başa vurub. "Tottenhem" isə 41 xalla 17-ci yeri tutub.







Transfer