2 avqust 2026. Bazar günü

"Çelsi" Valentin Barkonu transfer etdi


  • Transfer
  • 22:01 02.08.2026
  • Oxunma sayı: 38
"Çelsi" Valentin Barkonu transfer etdi

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Valentin Barkonun transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2033-cü ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Valentin Barko Argentinanın "Boka Xuniors" klubunun yetirməsidir. O, Avropadakı karyerası ərzində "Brayton", "Sevilya" və "Strasburq"un formasını geyinib.

Qeyd edək ki, "Çelsi" 2026/2027 mövsümündə ilk rəsmi oyununu avqustun 24-də keçirəcək. Xabi Alonsonun rəhbərlik etdiyi komanda London derbisində səfərdə "Fulhem"lə üz-üzə gələcək.

Xatırladaq ki, "zadəganlar" ötən mövsüm Premyer Liqanı 10-cu pillədə başa vurduğu üçün yeni mövsümdə avrokuboklarda iştirak etməyəcək.







Transfer