2 avqust 2026. Bazar günü

De Bruyne karyerasını MLS-də davam etdirməyə yaxındır


  • Transfer
  • 22:10 02.08.2026
  • Oxunma sayı: 42
De Bruyne karyerasını MLS-də davam etdirməyə yaxındır

Belçikalı ulduz yarımmüdafiəçi Kevin De Bruynenin gələcəyi ilə bağlı transfer iddiaları səngimir.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, MLS təmsilçisi "İnter Mayami" Kevin De Bruyne ilə marağını yenidən aktivləşdirib. Bildirilir ki, belçikalı yarımmüdafiəçi artıq ABŞ çempionatına transferi əvvəlkindən daha cəlbedici seçim hesab edir.

Hazırda "İnter Mayami"nin heyətində Lionel Messi, Luis Suares, Kazemiro və Rodriqo De Paul kimi dünya futbolunun tanınmış simaları çıxış edirlər. Klub rəhbərliyi De Bruyneni də bu ulduzlar siyahısına əlavə etməyi planlaşdırır.

Bir müddət əvvəl 35 yaşlı futbolçunun "Napoli"ni tərk edərək Türkiyə nəhəngi "Qalatasaray"a keçə biləcəyi barədə xəbərlər yayılmışdı. İndi isə onun karyerasını ABŞ-də davam etdirmək ehtimalı gündəmə gəlib.

Qeyd edək ki, "Transfermarkt" portalı Kevin De Bruynenin transfer dəyərini 8 milyon avro qiymətləndirir.







Transfer