3 avqust 2026. Bazar ertəsi

"İnter" Mussa Diabi üçün yeni təklif hazırladı


  • Transfer
  • 23:54 02.08.2026
  • Oxunma sayı: 47
"İnter" Mussa Diabi üçün yeni təklif hazırladı

İtaliyanın "İnter" klubu cinah oyunçusu Mussa Diabinin transferi istiqamətində çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın “Goal"a istinadən məlumatına görə, Milan təmsilçisi ilkin planından imtina edərək "Əl-İttihad"a yeni təklif göndərib.

Bildirilir ki, "İnter" artıq 27 yaşlı fransalı futbolçunu birdəfəlik transfer etmək əvəzinə, onu bir mövsümlük icarəyə götürmək istəyir. Klub bu variant üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 28 milyon avro ödəməyi təklif edib.

Xatırladaq ki, "İnter" daha əvvəl Diabinin tam transferi üçün təxminən 40 milyon avro ödəməyə hazır idi. Lakin "Əl-İttihad" rəhbərliyi futbolçunun satışı ilə bağlı hələ yekun qərar verməyib.

Milan klubunda hesab edirlər ki, icarə variantı Səudiyyə təmsilçisi üçün daha cəlbedici ola bilər. Bununla belə, mənbənin məlumatına görə, Mussa Diabinin özü karyerasını başqa klubda daimi əsaslarla davam etdirməyə üstünlük verir.

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 43 oyunda 6 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer