3 avqust 2026. Bazar ertəsi

FİFA "Real"ın transferinə mane ola bilər


  • Transfer
  • 23:58 02.08.2026
  • Oxunma sayı: 35
FİFA "Real"ın transferinə mane ola bilər

"Real"ın "Leypsiq"dən istedadlı cinah oyunçusu Yan Diomandenin transferini yaxın zamanda açıqlayacağı gözlənilirdi.

90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, lakin razılaşma hələ də rəsmiləşməyib.Buna səbəb 19 yaşlı futbolçunun keçmiş agenti ilə yaşadığı problemdir.

Bildirilir ki, Maks Qradel Diomandenin müqavilə şərtlərini pozduğunu iddia edir. "Real" isə Roc Nation agentliyi ilə anlaşmanı tamamlayıb və futbolçunun əvvəlki agenti ilə bağlı məsələdən xəbərsiz olub.

Məlumata əsasən, Maks Qradel məsələ ilə bağlı FİFA-ya şikayət edib. Beynəlxalq futbol qurumu bu iş üzrə bir neçə qərardan birini verə bilər: transferə icazə vermək, keçidi təxirə salmaq və ya ümumiyyətlə bloklamaq.

Qeyd edək ki, "Real" rəhbərliyi Yan Diomandeni gələcəyin əsas ulduzlarından biri kimi qiymətləndirir və onun transferini yaxın perspektiv üçün vacib addım hesab edir.







Transfer