3 avqust 2026. Bazar ertəsi

"Nyukasl" Çexiya millisinin qapıçısını transfer etdi


  • Transfer
  • 12:57 03.08.2026
  • Oxunma sayı: 26
"Nyukasl" Çexiya millisinin qapıçısını transfer etdi

İngiltərənin "Nyukasl" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Portuqaliyanın "Braqa" klubunun və Çexiya millisinin üzvü Lukaş Horniçeki transfer edib. 24 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Xarici KİV-in məlumatına görə, "Nyukasl" futbolçunun "Braqa" ilə müqaviləsində yer alan 25,7 milyon funt sterlinqlik sərbəstqalma məbləğini ödəyib.

Qeyd edək ki, Lukaş Horniçek 2026-cı il dünya çempionatında Çexiya millisinin heyətində yer alsa da, komandasının keçirdiyi hər üç görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qapıçı ötən mövsüm "Braqa"nın heyətində bütün turnirlər daxil olmaqla 55 oyunda meydana çıxıb. O, bu matçlarda 51 qol buraxıb, 24 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.







Transfer