- Transfer
- 20:46 03.08.2026
Almaniyanın "Borussiya" (Dortmund) klubu heyətini gənc yarımmüdafiəçi Konstantinos Karetsasla gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Belçikanın "Genk" klubundan transfer olunan 18 yaşlı Yunanıstan millisinin üzvü ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
"Transfermarkt" portalının məlumatına əsasən, "Borussiya" bu keçid üçün "Genk"ə 30 milyon avro ödəyib.
Qeyd edək ki, Konstantinos Karetsas ötən mövsüm "Genk"in heyətində bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 3 qola imza atıb və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçu Yunanıstan millisinin heyətində keçirdiyi oyunlarda da 3 qol vurmağı bacarıb.