3 avqust 2026. Bazar ertəsi

İngiltərə millisinin sabiq kapitanı "Çelsi"də


  • Transfer
  • 20:46 03.08.2026
  • Oxunma sayı: 50
İngiltərə millisinin sabiq kapitanı "Çelsi"də

İngiltərə millisinin təcrübəli futbolçusu Cordan Henderson karyerasını "Çelsi"də davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə iki mövsümlük müqavilə imzalanıb.

Henderson son olaraq 2025-ci ilin yayından "Brentford"un formasını geyinirdi. Təcrübəli futbolçu peşəkar karyerasının ən uğurlu dövrünü isə "Liverpul"da keçirib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, UEFA Superkubokunun, İngiltərə Kubokunun, İngiltərə Superkubokunun qalibi olub, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, Cordan Henderson İngiltərə millisinin heyətində 91 oyun keçirib və 3 qola imza atıb. O, yığma ilə 2021-ci il Avropa çempionatının gümüş, 2026-cı il dünya çempionatının isə bürünc medalını qazanıb.







Transfer