3 avqust 2026. Bazar ertəsi

10 ildən sonra "Leyptsiq"dən ayrıldı, "Vilyarreal"a keçdi


  • Transfer
  • 22:02 03.08.2026
  • Oxunma sayı: 28
10 ildən sonra "Leyptsiq"dən ayrıldı, "Vilyarreal"a keçdi

İspaniyanın "Vilyarreal" klubu yay transfer dönəmində növbəti keçidini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, La Liqa təmsilçisi Macarıstan millisinin təcrübəli qapıçısı Peter Qulaçini heyətinə qatıb.

36 yaşlı qolkiperlə 2028-ci ilin yayına qədər qüvvədə olacaq iki illik müqavilə imzalanıb.

Qulaçi son 10 mövsümü Almaniyanın "Leyptsiq" klubunda keçirib. Təcrübəli qapıçı Bundesliqa təmsilçisinin heyətində 362 rəsmi oyunda meydana çıxıb, bu matçlarda 440 qol buraxıb və 117 qarşılaşmanı qol buraxmadan başa vurub.

Qeyd edək ki, Peter Qulaçi "Leyptsiq" tarixində ən çox oyun keçirən üç futbolçudan biri hesab olunur.







Transfer