3 avqust 2026. Bazar ertəsi

"Arsenal" Vinisius Junior üçün 150 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 22:05 03.08.2026
  • Oxunma sayı: 42
"Arsenal" Vinisius Junior üçün 150 milyon avro ödəməyə hazırdır

İngiltərənin "Arsenal" klubu Madrid "Real"ının hücumçusu Vinisius Juniorun transferi üçün ciddi addım atmağa hazırlaşır.

90deqiqe.Az-ın “El Desmarque"yə istinadən məlumatına görə, London təmsilçisi braziliyalı futbolçunun transferi üçün "Real"a 150 milyon avroya qədər təklif irəli sürməyə hazırdır. Lakin tərəflər arasında rəsmi danışıqlar yalnız Vinisiusun bu keçidə razılıq verməsindən sonra başlayacaq.

Mənbənin iddiasına əsasən, "Arsenal" 26 yaşlı hücumçuya mövsümə görə 30 milyon avro əməkhaqqı təklif etməyə hazırdır. Bildirilir ki, Vinisius hazırda "Real"la yeni müqavilə üzrə danışıqlarda da məhz bu məbləğdə maaş tələb edir.

Qeyd olunur ki, transferin baş tutub-tutmayacağı ilk növbədə Vinisius Juniorun qərarından asılı olacaq.







Transfer