3 avqust 2026. Bazar ertəsi

"Nyukasl" Bruno Quimareş üçün "Arsenal"ın təklifini rədd etdi


  • Transfer
  • 22:27 03.08.2026
  • Oxunma sayı: 51
"Nyukasl" Bruno Quimareş üçün "Arsenal"ın təklifini rədd etdi

İngiltərənin "Nyukasl" klubu yarımmüdafiəçisi Bruno Quimareşin transferi ilə bağlı "Arsenal"ın ilk təklifini qəbul etməyib.

90deqiqe.Az-ın “The Times"ə istinadən məlumatına görə, London təmsilçisi braziliyalı futbolçu üçün 75 milyon funt sterlinq (təxminən 87,5 milyon avro) təklif etsə də, "Nyukasl" bu məbləği kifayət hesab etməyərək təklifi geri çevirib.

Bundan əvvəl Britaniya mətbuatında 28 yaşlı yarımmüdafiəçinin mümkün transfer məbləği ilə bağlı müxtəlif iddialar səsləndirilmişdi. Bildirilirdi ki, "Nyukasl" futbolçunun satışından təxminən 100 milyon avro gəlir əldə etmək niyyətindədir.

Mənbənin məlumatına əsasən, tərəflər arasında danışıqların davam edəcəyi gözlənilir. Həmçinin Braziliya millisinin üzvü Bruno Quimareşin də karyerasını "Arsenal"da davam etdirməkdə maraqlı olduğu bildirilir.







Transfer