- Transfer
- 23:24 03.08.2026
İtaliyanın "Komo" klubu İngiltərənin "Çelsi" komandasının müdafiəçisi Trevo Çalobanın transferi ilə bağlı tərəflər arasında razılıq əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi 27 yaşlı futbolçunu daimi əsaslarla buraxmağa razılaşıb. Transferin dəyəri 30 milyon avro təşkil edəcək, əlavə olaraq müqavilədə 3 milyon avro məbləğində bonus nəzərdə tutulub.
Bildirilib ki, Çaloba yaxın günlərdə İtaliyaya yollanacaq. O, burada tibbi müayinədən keçdikdən sonra "Komo" ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Trevo Çaloba 2021-ci ildən "Çelsi"nin əsas komandasında çıxış edir. Müdafiəçi London klubunun heyətində 151 rəsmi oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.