- Transfer
- 23:53 03.08.2026
İngiltərənin "Liverpul" klubu Fransa çempionu PSJ-nin hücumçusu Bredli Barkolanın transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
O Mersisayd təmsilçisinin 23 yaşlı futbolçu üçün 100 milyon avrodan çox təklif irəli sürdüyünü lakin bu məbləği hələlik PSJ-nin tələblərindən uzaq olduğunu və tərəflər arasında danışıqlar davam edəcəyini qeyd edib.
Bildirilib ki, Bredli Barkolanın özü də karyerasını "Liverpul"da davam etdirməkdə maraqlıdır.
Qeyd edək ki, daha əvvəl Fransa mətbuatında Barkolanın PSJ-dəki rolundan narazı olduğu barədə məlumatlar yayılmışdı. Fransız klubunun heyətində 152 oyuna çıxan hücumçu 39 qol vurub və komanda yoldaşlarına 37 məhsuldar ötürmə edib.