3 avqust 2026. Bazar ertəsi

"Fənərbağça" Markus Reşfordu transfer etmək istəyir


  • Transfer
  • 22:56 03.08.2026
  • Oxunma sayı: 57
"Fənərbağça" Markus Reşfordu transfer etmək istəyir

Türkiyənin "Fənərbağça" klubu İngiltərə "Mançester Yunayted"inin hücumçusu Markus Reşfordun transferi ilə maraqlanır.

90deqiqe.Az-ın “The Sun"a istinadən məlumatına görə, İstanbul təmsilçisi 28 yaşlı futbolçunu heyətinə qatmaq üçün ciddi maliyyə imkanlarından istifadə etməyə hazırdır.

Bildirilib ki, Reşford "Fənərbağça"nın transfer siyahısında yer alan üç futbolçudan biridir. Türkiyə klubu, həmçinin "Milan"ın cinah hücumçusu Rafael Leao və "Kristal Pelas"ın forvardı İsmail Sarrın vəziyyətini də izləyir.

Məlumata əsasən, "Fənərbağça" nümayəndələri artıq Markus Reşfordun ətrafı ilə əlaqə saxlayıb. İstanbul klubu baş məşqçi postuna İsmayıl Kartalın təyin olunmasından sonra heyəti gücləndirərək titullar uğrunda "Qalatasaray"la mübarizədə iddialı olmaq istəyir.

Qeyd edək ki, ötən mövsüm Reşford icarə əsasında "Barselona"da çıxış edib. O, Kataloniya klubunun heyətində 49 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer