4 avqust 2026. Çərşənbə axşamı

"Atalanta" "Lion"un hücumçusuna göz dikib


  • Transfer
  • 23:20 03.08.2026
  • Oxunma sayı: 26
"Atalanta" "Lion"un hücumçusuna göz dikib

Fransanın "Lion" klubunun hücumçusu Malik Fofana yay transfer dönəmində komandasını dəyişə bilər.

90deqiqe.Az-ın “Foot Mercato"ya istinadən məlumatına görə, 21 yaşlı futbolçu ilə İtaliyanın "Atalanta" klubu maraqlanır.

Bergamo təmsilçisi belçikalı futbolçunu cinah hücumunu gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.  

Fofana üçün ötən mövsüm elə də uğurlu alınmayıb. Futbolçu zədələr səbəbindən müəyyən müddət komandadan kənarda qalıb, mövsümöncəsi hazırlıq prosesinin qısa olması isə onun optimal formasını tez bərpa etməsinə mane olub. Lakin son yoxlama görüşlərində daha çox oyun vaxtı alan hücumçu yenidən əvvəlki səviyyəsinə qayıtmağa çalışır.

Daha əvvəl belçikalı futbolçunun adı Almaniyanın "Leypsiq" klubu ilə də hallanıb. Almaniya təmsilçisi onu Yan Diomandenin mümkün əvəzləyicisi kimi dəyərləndirir.

Qeyd edək ki, Malik Fofana 2024-cü ildən "Lion"un formasını geyinir. O, 2025/2026 mövsümündə Fransa klubunun heyətində 36 oyuna çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının məlumatına görə, belçikalı futbolçunun hazırkı bazar dəyəri 30 milyon avro qiymətləndirilir.







Transfer