4 avqust 2026. Çərşənbə axşamı

"Əl-Hilal" Cek Qriliş üçün hərəkətə keçdi


  • Transfer
  • 23:24 03.08.2026
  • Oxunma sayı: 39
"Əl-Hilal" Cek Qriliş üçün hərəkətə keçdi

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Cek Qrilişin transferi ilə maraqlanır.

90deqiqe.Az-ın “Goal"a istinadən məlumatına görə, Səudiyyə təmsilçisi 30 yaşlı futbolçuya cəlbedici maliyyə təklifi hazırlayır.

Bildirilib ki, "Əl-Hilal" ingiltərəli yarımmüdafiəçiyə illik 20-23 milyon avro məbləğində maaş təklif etməyi planlaşdırır.

Qriliş uğrunda mübarizədə əsas rəqib isə Madrid "Atletiko"sudur. Qeyd olunur ki, Madrid klubu "Mançester Siti" futbolçunun transfer qiymətini aşağı salmasa və ya satınalma şərti ilə icarəyə razılıq verməsə, aktiv addımlar atmayacaq.

Cek Qrilişlə həmçinin MLS klubları da maraqlanır. İngiltərəli futbolçu ötən mövsümü icarə əsasında "Everton"da keçirib. O, Liverpul təmsilçisinin heyətində 22 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Transfermarkt" portalı Qrilişin bazar dəyərini 20 milyon avro qiymətləndirir.







Transfer