- Transfer
- 23:58 03.08.2026
İngiltərənin "Fulhem" klubu hücumçusu Kevin üçün İtaliyanın "Roma" komandasından gələn təklifi qəbul etməyib.
90deqiqe.Az-ın “Globo"ya istinadən məlumatına görə, Roma təmsilçisi 23 yaşlı futbolçu üçün təxminən 50 milyon avro ödəməyə hazır olub. Bu məbləğ sabit ödəniş və bonuslardan ibarət olub.
Lakin "Fulhem" rəhbərliyi braziliyalının gələcəkdə daha yüksək qiymətə satıla biləcəyini düşünür və buna görə də futbolçu ilə yolları ayırmaq niyyətində deyil.
Qeyd edək ki, İngiltərə klubu braziliyalı hücumçunu bir il əvvəl Ukraynanın "Şaxtyor" klubundan 45 milyon avroya transfer edib. Razılaşmaya əsasən, 40 milyon avro sabit ödəniş, 5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.
Kevin Premyer Liqadakı ilk mövsümündə "Fulhem"in heyətində 31 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.