- Transfer
- 23:58 03.08.2026
İtaliyanın "Napoli" klubu yarımmüdafiəçisi Yesper Lindströmun Almaniyanın "Şalke" komandasına keçidinin baş tutmaması ilə bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az-ın məlumatına görə, Neapol təmsilçisi mətbuatda yayılan bəzi məlumatların dəqiqliyi əks etdirmədiyini bildirərək, transfer danışıqlarının gedişatını dəqiq vaxtlarla açıqlayıb.
"Napoli"nin yaydığı bəyanatda qeyd olunur ki, bazar günü tərəflər müqavilənin ümumi şərtləri ilə bağlı yazışmalar aparıb və həmin mərhələdə maliyyə və ödəniş şərtləri ilə bağlı heç bir etiraz bildirilməyib.
"Bazar ertəsi saat 13:00-da (Mərkəzi Avropa vaxtı ilə) Almaniya klubu "Napoli"yə bəzi təklif olunan şərtlərin, o cümlədən həftəsonu iki futbolçunun zədələnməsindən sonra yaranan yeni texniki və idman tələbləri baxımından qəbuledilməz olduğunu bildirib. Bu isə transfer strategiyasında dəyişiklik edilməsini tələb edirdi.
Saat 14:22-də "Napoli" "Şalke"yə cavab göndərərək bildirib ki, ümumi razılaşmada dəyişikliklər cüzi olsa da və alman klubunun yeni ehtiyacları nəzərə alınmaqla, təqdim olunan müqavilə variantını qəbul etməyə hazırdır.
Lakin saat 18:32-də "Şalke" heyətin formalaşdırılması ilə bağlı yeni prioritetlər səbəbindən Lindströmə marağını itirdiyini açıqlayıb və transferin baş tutmamasının əsl səbəblərini bildirib", – deyə klubun rəsmi bəyanatında qeyd olunub.
"Napoli" əlavə edib ki, bu açıqlama ilə transferin baş tutmamasına kimin cavabdeh olduğunu aydınlaşdırmaq istəyir və maraqlarını qorumaq üçün müvafiq hüquqi addımlar atmaq hüququnu özündə saxlayır.
Qeyd edək ki, 25 yaşlı Yesper Lindström 2023-cü ildən "Napoli"də çıxış edir.