4 avqust 2026. Çərşənbə axşamı

Kolumbiyalı futbolçu "Yuventus"a keçməyə razılıq verdi


  • Transfer
  • 23:47 03.08.2026
  • Oxunma sayı: 39
Kolumbiyalı futbolçu "Yuventus"a keçməyə razılıq verdi

İtaliyanın "Bolonya" klubunun mərkəz müdafiəçisi Con Lukumi "Yuventus"a keçməyə razılıq verib.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu hazırkı transfer dönəmində Turin təmsilçisinin sıralarına qoşulmağa hazırdır. Kolumbiyalı futbolçunu "Yuventus"un təklif etdiyi şərtlər qane edib. Tərəflər arasında 5 illik müqavilə və illik 2,5 milyon avro maaş nəzərdə tutulur.

Bildirilib ki, Lukumiyə digər klublardan da təkliflər olub, lakin müdafiəçi seçimində "Yuventus"a üstünlük verib.

Lakin Turin klubu hələ də "Bolonya" ilə transfer şərtləri barədə razılığa gəlməlidir. Məlumata əsasən, "rossoblu" müdafiəçisi üçün təxminən 25 milyon avro tələb edir. Danışıqlar davam edir.

Qeyd edək ki, Con Lukumi ötən mövsüm "Bolonya"nın heyətində 43 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer