4 avqust 2026. Çərşənbə axşamı

"Kolambus Kryu"dan ayrıldı, Türkiyə klubuna keçdi


  • Transfer
  • 23:53 03.08.2026
  • Oxunma sayı: 57
"Kolambus Kryu"dan ayrıldı, Türkiyə klubuna keçdi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu Türkiyə Superliqası təmsilçisi "Ərzurumspor"a keçdiyini sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb. Bununla da o, ABŞ macərasını qısa müddətdən sonra başa vurub.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin MLS təmsilçisi "Kolambus Kryu"ya transfer olunmuşdu. Lakin gənc hücumçu Amerika klubunun heyətində gözlənilən performansı sərgiləyə bilməyib və rəsmi oyunlarda fərqlənə bilməyib.







Transfer