4 avqust 2026. Çərşənbə axşamı

"Yuventus"un futbolçusu "Fiorentina"ya keçdi


  • Transfer
  • 23:58 03.08.2026
  • Oxunma sayı: 35
"Yuventus"un futbolçusu "Fiorentina"ya keçdi

İtaliyanın "Fiorentina" klubu heyətini növbəti transferlə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Florensiya təmsilçisi "Yuventus"un müdafiəçisi Joau Mariunu mövsümün sonunadək icarəyə götürüb.

Portuqaliyalı futbolçu 2026/2027-ci il mövsümünün sonuna qədər "bənövşəyilər"in formasını geyinəcək.

26 yaşlı futbolçu ötən ilin yayında Portuqaliyanın "Portu" klubundan "Yuventus"a transfer olunmuşdu. O, 2025/2026 mövsümünün ikinci yarısını isə icarə əsasında "Bolonya"da keçirib.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi "Bolonya"nın heyətində meydana çıxdığı 15 oyunda 2 qolla yadda qalıb.







Transfer